12 Dekabr 2017 14:18
1 829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində qətldə təqsirləndirilən 1988-ci il təvəllüdlü Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Teymur Sadıqovun 14 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

İttihama görə, hadisə bu il iyunun 27-də Sumqayıt şəhərində baş verib. Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədildiyi müəyyən edilib. O, Şəmkir rayonu ərazisində tutulub.

İlkin məlumatda bildirilib ki, Taleh Babazadə hadisə yerinə yollanmazdan əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər