Bakının Nəsimi rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 350 ABŞ dolları və 147 manat, habelə 580 manat dəyərində qızıl boyunbağı oğurlanıb.
19-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göygöl rayon sakinləri - Nahidə Bayramova və qızı Zeynəb həbs edilib.