Rusiyadan Azərbaycana külli miqdarda aksiz markası gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Azərbaycan Respublikası istiqamətindən daxil olan Azərbaycan vətəndaşı Tural İsmayılovun idarə etdiyi "Volkswagen Crafter" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Baxış zamanı maşının kabinəsində 3, yük yerində isə 2 ədəd idman çantasında 105 ədəd rulonda, ümumi sayı 525 min ədəd olan Rusiya Federasiyasının aksiz markaları aşkar edilib.