Bakının Nərimanov rayonunda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu rayon sakini olan 1 yeniyetmə saxlanılıb.
Polis oğurluqda şübhəli bilinən daha 2-i yeniyetmənin isə kimliyi müəyyən edilib. Onların da saxlanılması üçün əməliyyat tədbirləri görülür.
Dəstə üzvləri noyabrın-dekabr ayları ərzində rayon ərazisindəki 1 mağazadan və 1 aptekdən pul və noutbuk oğurlamaqda şübhəli bilinirlər.