Bakının Yasamal rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən mənzildə 1990-cı il təvəllüdlü Vüsal Salayev xalası oğlu ilə mübahisə edib.
Mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı Vüsal Salayev xalası oğlu tərəfindən “beşbarmaq”la vurulub.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.