14 Dekabr 2017 14:27
1 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 2000-ci il təvəllüdlü Ətraf Nəsibov ürəyindən bıçaqlanaraq öldürülüb.

Məlumata görə, Ətraf Nəsibov mərkəzi poçtun qarşısında üç yaşıdı ilə əlbəyaxa dava edib. Dava zamanı həmin şəxslərdən biri Ətraf Nəsibovu bıçaqla vuraraq qaçıb.

Məlum olub ki, Ətraf Nəsibovu həmyaşıdı Tərlan Hacıyev qətlə yetirib. Hadisə qısqanclıq zəminində baş verib.

Qətlə yetirilən Ətraf Nəsibov hadisəni törədən şəxsin bacısının arxasınca gedib. Bundan xəbər tutan qızın qardaşı Tərlan Hacıyev onu söhbət etmək üçün çağırıb və onu bıçıqlayaraq öldürüb.Cinayətin digər iki iştirakçısı isə ona kömək etməkdə şübhəli bilinirlər.

Ətraf Nəsibov həbs edilib. O, Ağdaş Dövlət Humanitar Kollecinin 2-ci kurs tələbəsidir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər