14 Dekabr 2017 15:22
1 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənimsəmədə təqsirləndirilən Abşeron rayonunun Məhəmmədli bələdiyyəsinin sədri Vaqif Nəbiyev və bələdiyyə üzvü Nazim Pənahovun cinayət işi üzrə məhkəmə prosesi keçirillib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Vaqif Nəbiyevin 8 il, Nazim Pənahovun isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Prokuror zamində olan hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini və məhkəmə salonunda həbs olunmasını istəyib.

Növbəti proses dekabrın 21-də davam etdəcək.

İttihama görə, Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyev və bələdiyyə üzvü Nazim Pənahovun barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb.

Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa 99 min manat miqdarında maddi ziyan vurmaqda, pullarını mənimsəməklə ələ keçirməsi olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər