14 Dekabr 2017 15:55
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Əlihüseyn Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 20-də davam edəcək.

Əlihüseyn Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə ittiham edilir.

O, Azərsu ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər