14 Dekabr 2017 16:54
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində külli miqdarda pul olan seyfi oğurlamış şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dekabrın 13-də Bakı şəhər sakini İlqar Həziyev Xəzər Rayon Polis İdarəsi 2-ci polis bölməsinə məlumat verərək Albalılıq yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evinin dəmir barmaqlıqlarının qırıldığını və mənzildən içərisində 100 min manat olan seyfin oğurlandığını bildirib.

İsti izlərlə keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayətin Xəzər rayon sakinləri Bayram Əsgərov və Heydərəli Hacıyev tərəfindən törədildiyi müəyyən edilib.

Həmin şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər.

Cinayəti törətməkdə şübhəli bilinən şəxslərin üzərlərindən və yaşadıqları evlərdən oğurladıqları pullar aşkar olunaraq maddi sübut kimi götürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər