15 Dekabr 2017 01:11
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhərində oğurluqla məşğul olan iki qardaşın tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Vüsal Ağazadə və qardaşı Fərid saxlanılıblar

Onlar noyabrın 18-dən dekabrın 4-dək olan müddətdə şəhər n ərazisindəki 1 mağazadan və 1 aptekdən ərzaq məhsulları, tütün məmulatı, danışıq kartları, geyim və məişət əşyaları oğurlamaqda şübhəli biliniblər.


Müəllif: Hacı Zeynalov