15 Dekabr 2017 16:20
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanal 13 internet televiziyasının direktoru Əziz Orucov barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Əziz Orucov 6 il cəza alıb.

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Əziz Orucovun 7 il müddətə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Əziz Orucov Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Bu il iyulun 1-də onun barəsində cinayət işi başlanıb. İşi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsi araşdırıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər