Rusiyanın Arxangelsk vilayətinin müstəntiqləri amansızqlıqla törədilən qətlin istintaqını başa çatdırıblar.
Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, bu il iyulun 2-də 25 yaşlı Arxangelsk şəhər sakini dostunun evində qonaq olub və onlar birklikdə spirtli içki qəbul ediblər. Daha sonra aralarında mübahisə yaranıb. Qonaq 33 yaşlı ev sahibinə 100-dən artıq bıçaq zərbəsi vuraraq, evi tərk edib.
O, həbs olunduqdan sonra öz günahını etiraf edib. Təqsirləndirilən şəxsin sözlərinə görə, yeyib-içdikləri zaman döşəməni islatdığı üçün ev sahibi ona iradını bildirib. Bundan qəzəblənən qonaq stolun üstündəki bıçağı götürərək onu qətlə yetirib.
Təqsirləndirilən şəxs "Xüsusi amansızlıqla qətl törtmək" maddəsi ilə mühakimə olunacaq. Onu ömürlük həbs cəzası gözləyir.