Bakıının Xətai rayonu ərazisində soyğunçuluq edən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, paytaxt sakini olan bir qadın naməlum şəxsin onun içərisində pul, təqaüd kartı və digər əşyaları olan çantasını əlindən alıb qaçdığı barədə Xətai rayon Polis İdarəsinə məlumat verib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən Yardımlı rayon sakini Orxan Nuriyev saxlanılıb.
Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə tədbirlərlə onun digər cinayətinin də üstü aşılıb.
Belə ki, araşdırmalarla müəyyən edilib ki, Orxan Nuriyev noyabrın 17-də Xətai rayonu ərazisində başqa bir qadının da içərisində 230 manat olan çantasını soyğunçuluq yolu ilə əlindən alaraq hadisə yerindən uzaqlaşıb.