18 Dekabr 2017 12:12
3 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda tanışını bıçaqlamaqda təqsirli bilinən Cabir İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Cabir İbrahimovun barəsində Cinayət Məcəlləsinin70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.

İttihama görə, 2015-ci il fevralın 14-də paytaxtın Lökbatan qəsəbə sakini olan Cabir İbrahimov qəsəbə sakini Fariz Abbaszadə ilə mübahisə edib. Daha sonra Cabir İbrahimov “Rus qəbristanlığı” deyilən ərazidə üzərində gəzdirdiyi ov bıçağı ilə onu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Cabir İbrahimov məhkəmərə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, törətdiyi əməlindən peşman deyil. Cabir İbrahimov hadisəyə səbəb kimi kafedə çay içərkən Fariz Abbaszadənin onunla şit zarafat etməsini göstərib.

Zərərçəkmiş Fariz Abbaszadə isə bildirib ki, Cabir İbrahimovla kafedə zarafat edib, sonra aralarında mübahisə yaranıb. O deyib ki, aralarında mübahisə edərkən Cabir İbrahimovu yumuruqla vurub, sonra da söyüb.

Fariz Abbaszadə təqsirləndirilən şəxsdən şikayətçi olmayıb.

Cabir İbrahimov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.

Onun barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər