18 Dekabr 2017 20:00
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda şirkətə məxsus əmlaklar oğurlanıb.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinə dekabrın 10-da Buzovna qəsəbəsi ərazisindəki yolun kənarına quraşdırılmış, dəyəri 7100 manat olan 66 ədəd alüminium tor şəbəkə və 100 metr led formalı işıqların oğurlanması barədə MMC-lərdən birindən müraciət daxil olub.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Qədir Süleymanov və Faiq Yusubov olduqları, oğurluğu birgə törətdikləri müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər