18 Dekabr 2017 20:49
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, dekabrın 14-də Daxili İşlər Nazirliyinin “102” Xidmətinə Şirvan şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar həmin ünvana gələn Şirvan şəhər polis şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıblar.

Məlum olub ki, mənzildən 800 manat pul və 3240 manat dəyərində qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhələr ev sahibəsinin bacısının üzərində cəmlənib.

Görülmüş təxirəsalınmaz tədbirlərlə Aytəkin Əmirova Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər