2 Avqust 2014 12:49
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Cəfər Əli oğlu Mehdiyevə vətəndaş Ramil Rafiq oğlu Ağayev tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı konfetlərin içində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə xalis çəkisi 2,19 qram olan narkotik vasitə - həşiş qatranı və 1 ədəd sellofan bükülüdə xalis çəkisi 0,754 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər