Bakıda yüksək səsyayıcı qabiliyyətə malik çox sayda partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları dekabrın 16-da Qaradağ rayonu ərazisindəki “Sədərək” ticarət mərkəzində əməliyyat keçiriblər.
Cəlilabad rayon sakini Elman Ağayevdən yüksək səsyayıcı qabiliyyətə malik 5400 ədəd partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülüb.