Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com-un məlumatına görə, rayonun Sabunçu qəsəbəsində Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Emil Heydərov şəxsi münasibətlər zəminində tanışı, 1992-ci il təvəllüdlü Nicat Həziyevi bıçaqlayaraq öldürüb.
Emil Heydərov polis əməksdaşları tərəfindən həbs edilib.
Məlum olub ki, 25 yaşlı Nicat Həziyev 19 yaşlı Emil Heydərovun valideynlərini təhqir edib.
Bunu qəbul etməyən Emil Heydərov üzərində gəzdirdiyi cib bıçağı ilə Nicat Həziyevə bir neçə bıçaq zərbəsi vurub.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.