20 Dekabr 2017 09:59
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dəmir Yolları QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları, daha sonra apelyasiya şikayətinin dəlilləri müəyyənləşib.

Məhkəmə baxışı yanvarın 4-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinun hökmü ilə Əlövsət Məhərrəmov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökümdən narazı qalan Əlövsət Məhərrəmov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

İttihama görə, Əlövsət Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında çoxsaylı şikayətlərdən sonra məlum olub.

2015-cı ilin fevralında həbs edilən Əlövsət Məhərrəmov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir. O, məhkəməyə verdiyi ifadəsində zərərçəkmişlərdən aldığı pulları ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevə verdiyini deyib.

Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən sonra nazirliyin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev həbs edilib. O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı istintaq təcridxanasında özünü asaraq intihar edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər