20 Dekabr 2017 23:23
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun 8-ci kilometr bazarının yaxınlığında 1977-ci il təvəllüdlü Hətəm Gözəlov kürək nahiyəsindən bəçaqlanıb.

Üç bıçaq zərbəsi alan yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardəm göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlum olub ki, Hətəm Gözəlov həmin ərazidə tanmadığı şəxslərlə dava edib. Dava zamanı həmin şəxslər onu bıçaqlayaraq hadisə yerindən qaçıblar.

Hətəm Gözəlov bıçaqlanması barədə qardaşına məlumat verib. Telefonla danışan Hətəm Gözəlovun qardaşı dərhal həmin ümvana gəlib. O yaralı olan qardaşını xəstəxanaya çatdırıb.

Hadisə ilə bağıə 24-cü polis bölməsində araşdırma başlanıb. Polis hadisənin bütün detallarını araşdırandan sonra cinayəti törədənlər müəyyənlşəcək.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov