Bakıda dələduzluqda təqsirləndirilən 1966-cı il təvəllüdlü Musa İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Musa İsmayılovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onun barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti hesab edilib.
Musa İsmayılovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü İlham Tarquliyev hüquq-mühafizə orqanlarına ərizə yazaraq bildirib ki, 2014-cü ilin avqust ayında Musa İsmayılov onu aldadaraq torpaq sahəsinin özəlləşdirilməsi adı ilə 150 min manat pul alıb.