Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əhəd Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prpsesdə təqsirləndirilən şəxsə qarşı hökm eıan edilib.
Məhkmənin hökmü ilə Əhəd Həsənov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Əhəd Həsənov 14 sentyabr 2017-ci il tarixdə Bakı-Qazax yolunda idarə etdiyi "İnfiniti G37" markalı avtomobillə yolu keçmək istəyən İmran Ağayev və onun həyat yoldaşı Rəqiyyə Əzizovanı vurub. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İstintaq araşdırması zamanı Əhəd Həsənovun yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinib. O həbs edilib.
Əhəd Həsənov Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin Sosial Sığorta sektorunun məsləhətçisi olub.