22 Dekabr 2017 10:30
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Elxan Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Elxan Babayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Elxan Babayev barəsində başqa yerə getməməklə bağlı qətimkan tədbiri ləğv olunub, həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs edilib.

Elxan Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. O, Bakıda 3 nəfərə qarşı 200 min manatdan çox dələduzluq edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər