22 Dekabr 2017 11:02
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elnur Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Elnur Əliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.

Elnur Əliyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.

O, Bakıda mübahisə zəminində keçmiş yeznəsini yumruqla vurub. Həmin şəxs bir gözündən ciddi xəsarət alıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər