22 Dekabr 2017 12:50
1 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyə və Dubaya apararaq orada cinsi istismara məruz qoyan Bakı şəhər sakini Vəfa Mürşüdovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsurullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakini Vəfa Mürşüdova saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törədildikdə) maddəsi ilə barəsində axtarış elan edilib.

Məlum olub ki, Vəfa Mürşüdova qadın alveri ilə məşğul olması üçün mütəşəkkil dəstə yaradıb. O, dəstə üzvlərinin vasitəsi ilə qadınları Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb.

Orada işə düzəltmək adı ilə apardığı qadınları zorla kişi müştərilərlə görüşmələrini tələb edib. Tələbini yerinə yetirməyən qadınlara isə döyərək işgəncə verib.

İstintaq araşdırması zamanı məlum olub ki, Vəfa Mürşüdova əvvəllər məhkum olunub. O, bir neçə il əvvəldə insan alveri törətdiyi üçün məhkum olunub. Həbsdən çıxandan sonra da eyni əməllərini davam etdirib.

Vəfa Mürşüdova törətdiyi əməli etiraf edib.

Daha sonra bu cinayət işinin istintaqının qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmə baxışı dekabrın 26-a təyin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər