25 Dekabr 2017 16:32
1 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, dekabrın 24-də rayon sakini Dursun Muğumov münaqişə zəminində həmyerlisi, 1966-ci il təvəllüdlü Baxşalı Əliyevin baş nahiyəsinə ağac parçası ilə xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən Baxışalı Əliyev orada ölüb.

Ağdaş rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Dursun Muğumov saxlanılaraq istintaqa təhvil verilib.

Məlum olub ki, Baxşalı Əliyev ilə Dursun Muğumov qohum olublar. Baxışalı Əliyeyevin qardaşı Dursun Muğumovun qızı ilə ailə həyatı qurub.

Qohumlar arasında yaranan mübahisə işıq pulu borcu üstündə baş verib.

Qətlə yetirilən Baxışalı Əliyev Azərişıq ASC-nin Ağsdaş rayonunun Aşağı Zeynəddin kəndi üzrə nəzarəçisi işləyib. O, Dursun Muğumovun sayğacında yaranan borcu ödəmədiyi üçün dekabrın 23-də elektirik kabelini kəsib.

Həmin gün gecə işdən evə gələn Dursun Muğumov gecəni qaranlıqda keçirməli olub. Ertəsi gün Baxışalı Əliyevin axtaran Dursun onun otlaq sahəsində heyvanalara baxmağa getdiyini öyrənib.

Həmin əraziyə gələn Dursun Muğumov Baxışalı Əliyev ilə mübahisə edib. Mübahisə zamanı Dursun onun baş nahiyəsinə ağac parçası ilə bir neçə zərbə vurub. Zərbələrin təsirindən Baxışalı Əliyev ölüb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər