27 Dekabr 2017 10:43
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən 25 yaşlı Əkbər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, Əkbər Məmmədov bu ilin avqustunda Nizami rayonunda 1990-cı il təvəllüdlü Tural Səfərzadə və 1975-ci il təvəllüdlü İslam Rəşidovu bıçaqlayıb.

Onun hadisəni mübahisə zəminində sərxoş vəziyyətdə törətdiyi məlum olub.

Tural Səfərzadə ilə İslam Rəşidov dostdur. Hadisə onlar yeyib-içdikdən sonra baş verib. Kafedən çıxan sərxoş dostlar orada digər sərxoş Əkbər Məmmədovla rastlaşıblar.

Onların arasında mübahisə düşüb, dostlar Əkbər Məmmədovu döyüblər. Əkbər də onlara bıçaqla cavab verib.

Məhkəmə baxış iclası yanvarın 9-na təyin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər