27 Dekabr 2017 16:43
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən həkim-kardioloq Azər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Azər Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Azər Məmmədov Sumqayıtda yerləşən klinikaların birində həkim-kardioloq işləyib.

O, klinikaya yeni tibbi avadanlıqlar gətirmək adı ilə iş adamlarına qarşı ümumilikdə 60 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər