27 Dekabr 2017 20:33
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, rayon sakini Faiq Qasımov Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək yaşadığı mənzildən 10 min manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Bundan əlavə, həmin gün Faiq Qasımovun atası da faktla bağlı Ağcabədi rayon polis şöbəsinə ərizə ilə müraciət edib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində bütün şübhələr Faiq Qasımovun üzərinə yönəlib.

Araşdırmalar zamanı həmin şəxsin öz evlərindən oğurluq etdiyi müəyyən olunub. O, anasına və qardaşının həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını saxlanc yerindən götürdüyünü etiraf edib.

Oğurlanan qızıl-zinət əşyaları tapılaraq, maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər