Gəncə şəhərinin Məhsəti qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər sakini, 1989-cu il təvəllüdlü Türkan Vəliyeva qarın nahiyəsinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla araşdırma aparılır.