Bakının Qaradağ rayonunda və Sumqayıt şəhərində əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində Masallı rayon sakini Hamiz Hacıyevdən yüksək səsyayıcı qabiliyyətinə malik 6400 partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülüb.
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən şəhər ərazisində Ceyhun Əliyevdən yüksək səsyayıcı qabiliyyətinə malik 2001 ədəd partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkarlanıb.