Bakının Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 min 77 dollar oğurlanıb.
Teleqraf.com xəbər verir ki, oğurluq hadisəsi ilə bağlı Nərimanov rayon Polis İdarəsinə müraciət edilib.
Keçirilən əməliyyat nəticəsində həmin pulu öz kartına köçürüb oğurlayan bankın texnoloji proseslər şöbəsində baş ekspert işləyən Eldar Vəliyevin olduğu məlum olub.
O həbs edilib. Faktla bağlı cinayət işi başlanıb.