31 Dekabr 2017 12:18
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Muğanbank" ASC-nin xəzinədarı olmuş Azad Əliyevin və zərərçəkmişlərin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Azad Əliyevin və zərərçəkmişlərin apelyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Azad Əliyev külli miqdarda dələduzluqda təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azad Əliyev 8 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən narazı qalan məhkum və zərərçəkmişlər - Eldar İsmixanov və Vüqar Eyvazov ayrı-ayrılıqda apelyasiya şikayətləri veriblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər