31 Dekabr 2017 15:38
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda oğurluq edən dəstənin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Əlahiddə Çevik Polis Alayı və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisindən Yevlax rayon sakini Ramil Salmanova məxsus “VAZ-2101” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Yunis İmanov saxlanılıb.

O, avtomobillə birgə Nəsimi rayon Polis İdarəsinə təhvil verilib.

Davam etdirilən əməliyyat tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən qrupun digər üzvləri də saxlanılıblar. Araşdırmalarla onların Xırdalan şəhər sakini Kənan Quliyev, Gəncə şəhər sakinləri Nəsrəddin Həsənov və İntiqam Rzayev olmaları müəyyən edilib.


Müəllif: Hacı Zeynalov