Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində silahlı insidnent baş verib.
Teleqraf.com xəbər verir ki, rayon sakini Vüqar Süleymanov və qardaşı İlqar ilə həmyerliləri Davud Fərəcov arasında münaqişə baş verib.
Münaqişə zamanı Vüqar Süleymanov tüfəngdən açdığı atəşlə Davud Fərəcovun ayaq nahiyələrinə xəsarət yetirib.
Davud Fərəcov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Sabirabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Vüqar Süleymanov və İlqar saxlanılıb. Vüqardan müvafiq sənədləri olmayan 1 ədəd tüfəng götürülüb.
Məlumata görə, hadisə dekabrın 31-də Yeni il bayramı ilə bağlı düzənlənən içki məclisindən sonra baş verib. Dava söyüş üstündə yaranan münaqişə zəminində törədilib.