2 Yanvar 2018 16:20
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nairliyinin Gədəbəy rayonunda etiraz aksiyasi ilə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bəzi sosial şəbəkələrdə Gədəbəy rayonunun Maarif kəndinin sakinlərinin etirazı ilə bağlı reportaj paylaşılıb.
Videoda iddia olunduğu kimi Gədəbəy rayon polis şöbəsində həmin sakinlərin şikayətlərinə baxılmaması iddiası uydurma və cəfəngiyyatdan ibarətdir. Belə ki, məlum hadisə ilə bağlı sakinlərin şikayəti üzrə 24 iyun 2016-cı il tarixində Gədəbəy rayon polis şöbəsinin İəistintaq qrupu dərhal araşdırmalara başlayıb. Araşdırma zamanı məlum olub ki, vətəndaş Vüsal İbrahimov bir neçə rayonun ayrı-ayrı kəndlərində müxtəlif şəxslərdən nisyə qiymətə heyvanlar alıb və pulunu ödəməklə satıcıların inamını qazanıb.
Daha sonra yaranmış etibardan sui-istifadə edərək həm özünün, həm də başqalarının vasitəsilə nisyə heyvan alıb, sataraq pulunu ödəyəcəyinə yalandan vəd verərək aldadıb və vətəndaşlara külli miqdarda ziyan vurmaqla dələduzluq edib.
Hazırda istintaq qrupunun topladığı materiallar əsasında Gəncə Ağır Cinayyətlər Məhkəməsində 61 fakt üzrə prosses davam etməklə yanaşı, 73 fakt üzrə material hazırlanaraq Respublika Prokurorluğuna göndərilib.
​V.İbrahimov və digər əməl yoldaşlarının törətdikləri işə hüquqi qiymət veriləcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər