Oğuzda qanunsuz ağackəsmə, eləcə də kustar üsulla kömür hazırlayıb, ekologiyaya, təbiətə zərər vurulması hallarına qarşı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyini mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı cari il ərzində Oğuz rayon polis şöbəsi əməkdaşları tərəfindən bir sıra tədbirlər görülüb, bu istiqamətdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.
Növbəti belə tədbirlər nəticəsində də qanunsuz olaraq kustar üsulla kömür istehsalı ilə məşğul olan 8 rayon sakininə qarşı inzibati qaydada tədbirlər görülüb, həmin quyuların istifadəsinə qadağa qoyulub.
Göstərilən istiqamətdə tədbirlər davam etdirilir və gələcəkdə qanunvericiliyin ətraf mühitin mühafizəsi, təbiətdən istifadə, ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan tələblərin pozulması hallarının aşkarlanacağı təqdirdə qayda pozucularına qarşı müvafiq tədbirlər görüləcək.