Bakının Nəsimi rayonu ərazisindəki gözəllik salonlarının birində soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, yanvarın 1-də saat 1 radələrində Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birinə gəlmiş naməlum şəxs kassadan içərisində 5000 manat və müxtəlif kartlar olan pulqabını soyğunçuluq yolu ilə aparıb.
Aparılmış əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü və Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.