Tərtərdə əhalini su və enerji ilə təmin edən qurğuları, avadanlıqları oğurlqmaqda şübhəli bilinən şəxsin tutulması üçün əməliyyat tkeçirilib.
Teleqraf.com xəbər verir ki, yanvarın 2-də Tərtər rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il ayrı-ayrı vaxtlarda şəhər ərazisində və müxtəlif kəndlərdə subartezian quyularının elektrik naqillərini kəsərək oğurlamaqda şübhəli bilinən Evoğlu kənd sakini, əvvəllər məhkum olunmuş Xaliq Tağıyev yaxalanaraq istintaqa təhvil verilib.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun şəhər ərazisində və daha 6 kənddə - Hüsənli, Buruc, Səhləbad, Köçərli, Azadqaraqoyunlu və Bayandurluda quyuları elektrik enerjisi ilə təmin edən kabellərin ümumilikdə 500 metrə yaxın hissəsini kəsərək oğurlaması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.