4 Yanvar 2018 18:44
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Pərdi kənd sakini Oqtay Rufullayev saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, onun üzərinə baxış keçirilərkən heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evə də baxış keçirilib. Həyətdəki tövlədə gizlədilmiş 2 bükümdə narkovasitə aşkar olunaraq götürülüb.

Ekspertizaya təqdim olunan narkotik vasitələrin ümumi çəkisinin 3 kiloqram 118 qram heroin olduğu barədə rəy verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər