Abşeronda və Şəkidə bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bədbəxt hadisələrdən biri Abşeron rayonu Novxanı kəndinin ərazisində yerləşən evlərdən birində qeydə alınıb. Orada fəhlə işləyən Salyan rayon sakini Orxan Rzayev yıxılaraq kəllə-beyin xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş Orxan Rzayev avqustun 2-də orada ölüb.
Daha bir hadisə Şəkidə qeydə alınıb. Rayon sakini Fikrət Hüseynov evində pilləkəndən yıxılaraq bel nahiyəsindən xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş Fikrət Hüseynov orada ölüb.
Hacı Zeynalov