Bakının Yasamal rayonunda 21 yaşlı oğlan ölümcül döyülüb.
Teleqraf.com xəbər verir ki, rayonun “Qanlı göl” massivində 1997-ci il təvəllüdlü Ağa Kərimov evə gedən zaman üç nəfər naməlum şəxslə rastlaşıb. Tikintidə fəhlə işləyən Ağa Kərimovun əməkhaqqı aldığını bilən həmin şəxslər ondan 500 manat verməsini tələb ediblər.
Lakin Ağa Kərimov onlara pul verməyəcəyini deyib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı həmin şəxslər Ağa Kərimovu ölümcül döyüblər.
Nəticədə o, ağır xəsarət alıb. Ağa Kərimov1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.