Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakıxanov qəsəbəsində 31 yaşlı Akif Yusifov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün Akif Yusifovun vəziyyətin ağır olduğu bildirilir.
Akif Yusifov yanvarın 4-də, axşam saalarında tanımadığı bir şəxslə mübahisə edib. Onların mübahisəsi sonda qanlı cinayətlə nəticələnib.
Faktla bağlı cinayət işi başlanıb.