6 Yanvar 2018 12:21
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonu ərazisində yeni il gecəsi soyğunçuluq üstündə həbs edilən gəncin daha bir neçə cinayəti üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 1-də saat 1 radələrində Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birinə gəlmiş naməlum şəxs kassadan içərisində 5000 manat və müxtəlif kartlar olan pulqabını soyğunçuluq yolu ilə aparıb.

Ağdam rayonunda anadan olmuş 1989-cu il təvəllüdlü Ağadadaş Ağayev həmin gecə, gecə saat 05.40-da Tbilisi prospektində yerləşən “Tunel” gecə klubunda Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində müvafiq araşdırma aparılması üçün ərazi üzrə 19-cu polis bölməsinə təhvil verilib.

Məlum olub ki, Ağadadaş Ağayev gözəllik salonundan soyğunçuluq yolu ilə ələ keçirdiyi pulu son qəpiyinə qədər gecə klubunda xərcləyib.

Ağadadaş Ağayev gecə klubunda yüngül həyat tərzi keçirən bir neçə qadınla əylənib. Dayanmadan pul xərcləməsi oradan olan müahfizəçilərin diqqətindən yayınmayıb.

Bu barədə mühafizə polisi məlumatlandırılıb.

Mühafizə kameraları vasitəsi ilə aparılan araşdırma zamanı Ağadadaş Ağayevin oğurluq etdiyi üzə çıxıb və o, gecə klubundaca qandallanıb.

İstintaq araşdırması zamanı Ağadadaş Ağayevin ötən il bir neçə oğurluq və soyğunçuluq cinayətləri törətməsi də məlum olub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər