Gəncə şəhərində soyğunçuluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Mehran Hüseynov saxlanılıb.
Mehran Hüseynov ötən il noyabrın 16-da rayon sakini olan 1 qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinib.