Bakının Nəsimi rayonunda gənc oğlana qarşı soyğunçuluq edən dəstənin daha bir üzvü həbs edilib.
Teleqraf.com xəbər verir ki, Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 13-də Bakı şəhər sakini Rüfət Quliyevin 1000 avro və 200 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən qrupun üzvü - paytaxt sakini Elnur Şıxıyev saxlanılıb.
İstintaq araşdırması zamanı məlum olub ki, Elnur Şıxıyev əvvəllər məhkum olunub.
Qeyd edək ki, dekabrın 23-də Rüfət Quliyevə qarşı soyğunçuluq edən Qazax rayon sakini Zaur Əhmədov saxlanılıb. Digər şəxslərin tutulması üçün əməliyyat tədbirləri görülür.
Zaur Əhmədovun əvvəllər məhkumluq həyatı yaşadığı məlum olub. Faktla bağlı cinayət işi başlanıb.