Ağstafa rayonunda aptekdən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, rayon mərkəzində, H.Əliyev prospektində yerləşən “Avromed Dokta” MMC-yə məxsus aptek məntəqəsindən Mühafizə Polis İdarəsini Regional Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Hadisə yerinə gələn Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları aptekin ön vitrin şüşəsini sındırmaqla içəri daxil olan Ağstafa rayon sakini, 1988-ci il təvəllüdlü Taleh Məmmədovu yaxalayıblar.
Taleh Məmmədovun barəsində sonrakı araşdırmalar aparılması üçün ərazi polis şöbəsinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanınb.