Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazaların birindən 350 manat pul, danışıq kartları və tütün məmulatı oğurlanıb.
Mağaza sahibi baş verən oğurluq hadisəsi ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Faiq Muradov saxlanılıb.