Türkiyədə 80 yaşlı kişi özündən 2 yaş kiçik həyat yoldaşını balta ilə qətlə yetirib.
Teleqraf.com xəbər verir ki, İstanbulun Bozüyük Çarşı məhəlləsində yaşayan Mehmet F həyat yoldaşı Zeynep F. ilə mübahisə zamanı baltaya əl atıb. Arvadının başından zərbə vuran qoca onun yerindən qalxmadığını görüb polisə gedib.
Hadisə yerinə gələn polislər qadının öldüyünü görüblər. 80 yaşlı ixtiyarın barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisənin səbəbi açıqlanmır.